Modern.az

Bakıda 10-cu sinif şagirdi itkin düşüb

Bakıda 10-cu sinif şagirdi itkin düşüb

Aktual

15 Noyabr 2019, 10:05

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

 

Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.

 

O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir