Arxiv
20 Noyabr 2019, 21:07 | AKTUAL
Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI

“Bu gün Qarakənd faciəsindən 28 il ötür, amma hələ də bu faciə ilə əlaqədar dəqiq məlumat yoxdur və bir nəfər də olsun, qanun qarşısında cavab verməyib. Bu faciənin sirri hələ də açılmamış qalır”.

Modern.az-ın məlumatına görə, bu sözləri tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.

O qeyd edib ki, hadisə yerində Mais Məmmədov, Çingiz Mustafayev və özü (Vahid Mustafa yev) çəkiliş aparıb.

“Ora səhər saat 4 radələrində gəlib çatmışdıq. Biz, jurnalistlər ən birinci idik, hətta milislərdən əvvəl hadisə yerinə çatmışdıq - hadisəni öz gözlərimizlə görmüşdük, lakin hələ də anlamamışıq ki, bu terakt necə baş verə bilərdi. Vertalyotda Azərbaycanın ən işıqlı adamlarından əlavə, Rusiya və Qazaxıstanın yüksək rütbəli şəxsləri də var idi və bu o deməkdir ki, Qarabağdakı hadisələrə birbaşa nəzarət edən Rusiya qoşunları vertalyot uçan koridora nəzarət etməli idi. Lakin nəsə plandan kənar düşdü...”.

Vahid Musatafayev deyib ki, məhz bu hadisə zamanı erməni tərəfi Qarabağa yeni gətirdiyi "Yer-Səma", kənardan idarə edilən stinger tipli raketləri istifadə edərək, sınaqdan çıxarmışdı.

“Koridora nəzarət edənlər sadəcə bu tipli silahın olmasına hazır deyildi və ona qarşı heç nə edə bilməmişdilər. Bizim versiyamıza görə, vertalyot 1992-ci ildə Şuşanın üzərində (Vahid Mustafa yev həmin anı çəkdiyi video: https://www.youtube.com/watch?v=cMdJ3RH1bPo) partladılan vertalyotu vuran dəstə tərəfindən məhv edilmişdi. Həmin dəstə bu zaman arasında hələ çox problemlər yaratmış, Azərbaycan hava qüvvələrini iflic etmişdi. Məsələn, Şuşada vurulan vertalyotdan sonra ümumiyyətlə, Qarabağ üzərində Azərbaycan vertalyotlarının uçuşları bir müddət dayandırılmışdı və bununla da ermənilər ciddi üstünlüklər qazanmışdı. Belə ki, azərbaycanlılar hava yolu ilə lazım olan ərazilərə təcili silah, sursat və insan resursları çatdıra bilmirdilər. Ermənilərin ikinci qazancı Azərbaycanın ən vacib yüksək vəzifəli şəxslərini məhv etməklə, hökuməti müflis etmək və ölkədə siyasi krizis yaratmaq idi ki, buna da nail oldular - bir neçə aydan sonra Mütəllibov hökuməti istefa verdi...”.

V.Mustafayev deyib ki, ikinci versiya da ermənilər tərəfindən əldə edilmiş yeni raket silahının sınaqdan keçirilməsi ilə bağlıdır.

“Lakin bu, "Internyus Armeniya" jurnalistlərinin və Çaykənd əməliyyatı zamanı həbs olunan və sonra Azərbaycanın Baş prokuroru İsmət Qayıbovun sülhməramlı addım ataraq azad etdiyi Vartan Ohanesyan adlı jurnalistin Moskvada bizə təsdiq etdiyi məlumata görə, atəş açan erməni silahlıları vertalyotda kimin olduğunu bilmirmişlər. Bu versiya sadəcə olaraq bəraət qazandırıcı etirafa oxşasa da, "hesabdan" çıxarılmamalıdır”.

Telejurnalistin sözlərinə görə,  hadisəni təhlil edən istintaq qrupunun digər və rəsmi versiyası da bu idi ki, vertalyotun pilotu yerdən ermənilər tərəfindən güllələnmiş və idarəetməni itirərək, vertalyotu dağa çırpmışdı.

“Ola bilər... amma mənim Qarakənddə gördüyüm və çəkdiyim vertalyot Əfqanıstan, Çeçenistan, Liviya və s. savaşlarda raketlə vurulmuş helekopterlərə çox bənzəyirdi.
Bu vertalyot hadisəsində təcili surətdə götürülüb Moskvaya göndərilən və Bakıya lazım olan vaxtda qayıtmayan helikopterin “Qara qutu”sundan başqa daha bir "Qara qutu" var idi. Bir çoxlarına məlumdur ki, həmin vertalyota o günlər Qarabağda olan bütün hökumət nümayəndələri əyləşmişdi, bircə Tamerlan Qarayevdən başqa... və Çingiz Mustafayevə verdiyi müsahibəsində Qarayev niyəsə vertalyota minməməsinin səbəbini açıqlamadı, elə bu helikopterdə həlak olan Tofiq İsmayılovun tapşırığı ilə yerdə qalmasını vurğuladı və müəmmalı şəkildə konkret sualdan qaçmağa çalışdı...
Xülasə, Qarakənd vertalyot faciəsində həlak olan və uzun müddət əməkdaşlıq və dostluq etdiyim Azərbaycanın işıqlı İnsanlarına Allah rəhmət eləsin! Bir gün gələr, Sizin qatilləriniz öz cəzalarını alar, inşaAllah!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda evdən meyit tapıldı 16 Dekabr 2019, 09:31 Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ 16 Dekabr 2019, 09:23 Mövqelərimiz atəşə tutuldu 16 Dekabr 2019, 09:23 Şərq dalğasının Qərb qayasına çırpındığı an - TƏHLİL 16 Dekabr 2019, 09:18 Şəmkirdə ev yandı 16 Dekabr 2019, 09:12 Qarabağ döyüşçüsünün Harvard Universitetinə qəbul olunan qızı: “Zəhmətim yerdə qalmadı” - MÜSAHİBƏ 16 Dekabr 2019, 08:41 2019-cu ilin Azərbaycan mediası: “BİR İL DƏ BELƏ GETDİ...” 16 Dekabr 2019, 08:19 Jurnalist Elşad Paşasoyun anası vəfat etdi 16 Dekabr 2019, 08:05 Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı 16 Dekabr 2019, 00:36 344 region sakini pulsuz hüquqi yardım alıb 16 Dekabr 2019, 00:06 Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08