Modern.az

Növbəti jurnalistin bələdiyyə seçkisində namizədliyi TƏSDİQLƏNDİ

Növbəti jurnalistin bələdiyyə seçkisində namizədliyi TƏSDİQLƏNDİ

27 Noyabr 2019, 08:46

“Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlu bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namzəd kimi iştirak edəcək.

Modern.az-ın məlumatına görə, jurnalistin namizədliyi 32 saylı Suraxanı 3-cü seçki dairəsindən rəsmən qeydiyyata alınıb.

F.Fərhadoğli namizəd olmağı ilə bağlı deyib: “Mənim üçün əsas amal cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə apardığı islahatlara, sosial-iqtisadi layihələrə dəstək verməkdir. Həmçinin, seçkilərdə səs toplayacağım təqdirdə seçicilərin problemlərinin həlli istiqamətində əlimdən gələni etməyə hazıram.

İmzatoplama kampaniyasında mənə dəstək olan qəsəbə sakinlərinə sonsuz təşəkkürümü bildirirəm. Dəstəyə görə də jurnalist dostlara xüsusi minnətdarlığımı bildirirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir