Arxiv
29 Noyabr 2019, 09:16 | PARLAMENT
“Mən ölərəm, ora getmərəm!” - Erməni və azərbaycanlı deputatların səfəri...

Ötən günlərdə erməni jurnalistlərin Bakıya, azərbaycanlı media işçilərinin isə Ermənistana səfəri baş tutub. Jurnalistlərin ardınca  deputatların da qarşılıqlı səfəri gözlənilir. Artıq bu istiqamətdə müzakirələr də start verilib.

Azərbaycan deputatları səfər barədə nə düşünür?

 

Modern.az-ın Milli Məclis üzvlərinə budəfəki sualı belə oldu.


Elman Məmmədov belə səfərdə heç bir halda iştirak etməyəcəyini bildirib:

 

“Kim hara gedir, hardan gəlir bilmirəm, amma mən o səfərdə iştirak etmərəm. Elman Məmmədov düşmən qarşısına məğlub sifətində getmək istəmir. Nə vaxt mənim xalqım, Ordum Qarabağı işğaldan azad edər, mən Qarabağa qalib kimi gedərəm. Hərənin bir mövqeyi var, mən hesab edirəm ki, erməni jurnalistlərin Bakıya səfəri onlar üçün toy-bayramdır. Çünki torpaqlarımızı işğal ediblər, soyqırımı törədiblər, hər istədiklərinə nail olublar, bu gün də bura gəlib, istədiklərini görüb, yeyib-içib gördüklərini aşağı-yuxarı, səhv-düz yazıb gedirlər”.

 

Elman Məmmədov bildirib ki, bu səfəri olduqca birmənalı qarşılayır.

 

“Bu gün biz Ermənistana niyə gedirik, başa düşə bilmirəm... Bu sualın cavabı çox mürəkkəbdir. Müharibə vəziyyətindəyik, müvəqqəti də olsa biz hələ ki məğlub sifətindəyik və mən məğlub simada ora getməyi, düşmənlə ünsiyyət qurmağı qəbul edə bilmirəm. İkinci tərəfdən, məsələnin həlli ən yüksək səviyyədə - dövlət rəhbərləri səviyyəsində danışıqlarda gedir. Hansısa jurnalist, deputat  və ya ictimaiyyət nümayəndəsinin gördüyü iş, apardığı danışıq ölkə rəhbərliyindən yüksəkdə duracaq? Təbii ki, xeyr. Ona görə də mən belə şeyləri qəbul edə bilmirəm. Bunlar cəfəngiyyatdır”.

 


Tahir Kərimli bildirib ki, ATƏT-in missiyası çərçivəsində həyata keçirilən bu cür  qarşılıqlı səfərləri başa düşmək olmur.

 

“Bu nə dərəcədə dəyərlidir, işin xeyirinədir, bilmirəm. Əlbəttə ki, dekarasiya olunursa ki, məsələ sülh yolu ilə həll olunacaq, bu səfərdən razı olaram. Amma erməni jurnalistləri gəldi və gedib bəyan etdi ki, Azərbaycan tərəfinin durumu  Dağlıq Qarabağı müstqil dövlət kimi tanımağa kömək edəcək. Onda bu səfərin bizə nə xeyri var? Onların Bakıya gələndən sonra fikir dəyişikliyi olmursa, bu səfərlərin nə mənası var? Jurnalist bir qədər azaddır, dövlət rəsmiyyətli deyil, amma deputatlar rəsmi şəxslərdir. Mən şəxsən buna qəribə baxıram”.

 

Tahir Kərimli qeyd edib ki, bu səfərin bizim üçün xeyrini əsaslandırmaq lazımdır.

 

“Mən ölərəm, ora getmərəm. Əvvəla ermənilər vətənimin işğalçısıdır, ikincisi isə mənim nəslimdən çoxu şəhid düşüb. Qarabağı gedib görəsi olsaq belə, hər hansı formada əyilməyin tərəfdarı deyiləm. Düşmən düşməndir. Düşmən əgər özü sülh elan etmirsə, biz əyilməli deyilik. Əgər sülh yolu lazımdırsa, eybi yox, qoy sülh imzalansın, sonra belə səfərlər təşkil edilsin. Biz bununla xalqımızı ruhdan salmış olarıq, elə bilərlər ki, biz onlarla barışırıq”.


Aqil Abbas
da ermənilərlə qarşılqlı səfərin tərəfdarı deyil:

Demişəm və yenə deyirəm ki, bu cür səfərlər mənasızdır, lazımsızdır. Bunun bizə heç bir xeyri yoxdur.

Əksinə, bizimlə məzələnməkdir. Adama sual verərlər ki, ora niyə getmişdiniz və ermənilər burada nə sülənirdilər? Axı gedib nə iş gördünüz?

Jurnalistlər gəlib-getdilər, indi də deyirlər ki, deputatların qarşılıqlı səfərləri təşkil olunacaq. Azərbaycanın torpaqları işğal altındadırsa, ora getməzlər. Hələ deyirlər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşsünlər. Barışdırsınlar da... Göyçə, Zəngəzur unuduldu, sabah da bacı-qardaş kimi olacağıq, gələcək nəsillərin də yadından bu hadisələr çıxacaq. Bu cür hisslərimizlə oynamasınlar.
Yəni “xalq diplomatiyası” deyilən şeyin münaqişənin həllinə heç bir təsiri yoxdur ki, ziyanı var. Bundan əvvəl də Qarabağa gediblər, görüşüblər, nə əhəmiyyəti olub?

“Xalq diplomatiyası” müharibədən, torpaqlarımızı azad edəndən sonra faydalı ola bilər. Jurnalistlər, ziyalılar, yazıçılar görüşərlər, xalqlar arasında barışığa çağırış edərlər.

Bizim torpaqlarımız işğaldadır, doğmalarımızın qəbirləri düşmən əsarətindədir, qarşılıqlı səfərlərin xeyrindən danışırlar.
Mən nəslimlə, əcdadımla qələt edərəm ora səfər edərəm. Heç vaxt getmərəm! Ona görə də utansınlar, ayıbdır...
Mən Ağdama, Qarabağa qalib getmək istəyirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İki idmançımız dopinqə görə cəzalandırldı 14 Avqust 2020, 01:01 Gürcüstanın Azərbaycana borcu açıqlandı 14 Avqust 2020, 00:53 Xərçənglə mübarizədə yeni üsul tapıldı 14 Avqust 2020, 00:36 Nazir xəsarət alanlara görə məsuliyyəti üzərinə götürdü 14 Avqust 2020, 00:23 Bu gün növbəti qəbul imtahanı KEÇİRİLƏCƏK 14 Avqust 2020, 00:09 TAP layihəsinin 97 faizi tamamlanıb 13 Avqust 2020, 23:57 Şəmkir sakini bıçaqlandı 13 Avqust 2020, 23:42 Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb 13 Avqust 2020, 23:24 "Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"da 13 Avqust 2020, 23:10 Rusiya Türkiyə ilə patrul yoxlanışlarını dayandırıb 13 Avqust 2020, 22:54 Yardımlıda avtomobil qəzası 104 abonenti qazsız qoydu 13 Avqust 2020, 22:41 Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər 13 Avqust 2020, 22:28 “Elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır” - Təhsil naziri 13 Avqust 2020, 22:14 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 13 Avqust 2020, 21:58 "Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib 13 Avqust 2020, 21:43 Türkiyədə daha  21  nəfər koronavirusdan ölüb 13 Avqust 2020, 21:27 Belarusa kömək təklif edildi 13 Avqust 2020, 21:13 “Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa edəcəyik” - Hulusi Akar  13 Avqust 2020, 20:58 “100 məhkum cəzadan tamamilə azad edilib” - Ədliyyə Nazirliyi 13 Avqust 2020, 20:41 “Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - İlham Əliyev 13 Avqust 2020, 20:26 Məhbuslarla görüş və sovqatların verilməsi bərpa olundu 13 Avqust 2020, 20:19 Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək 13 Avqust 2020, 20:02 İqtisadiyyat Nazirliyi 65 obyektdə qayda pozuntusu aşkarladı 13 Avqust 2020, 19:56 Millimizin baş məşqçisi "Neftçi"nin məşqini izləyib 13 Avqust 2020, 19:47 Qarabağın bəlalı salnaməsinin baş yazarı əbədiyyətə qovuşdu 13 Avqust 2020, 19:38 Universitetlər oktyabrın 1-dən sonra açılacaq - Türkiyədə 13 Avqust 2020, 19:29 Salyan və Ağstafada “Ford” yandı 13 Avqust 2020, 19:20 Peşə təhsil müəssisələrini bitirənlərin sayı AÇIQLANDI 13 Avqust 2020, 19:11 Dövlət Agentliyi daha 76 obyektdə kobud pozuntular AŞKARLADI   13 Avqust 2020, 19:02 Azərbaycan-Türkiyə təlimlərində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib - FOTO 13 Avqust 2020, 18:53 Bu gün keçirilən qəbul imtahanının düzgün CAVABLARI 13 Avqust 2020, 18:44 Teledərslər yeni tədris ilində davam etdiriləcək? - RƏSMİ   13 Avqust 2020, 18:35 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE 13 Avqust 2020, 18:26 Ölkəyə gətirilən yeni taksilər istifadəyə verildi - FOTO 13 Avqust 2020, 18:17 Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü 13 Avqust 2020, 18:08