Modern.az

Azərbaycan millisi "Fənərbaxça" ilə bacarmadı

Azərbaycan millisi

Aktual

29 Dekabr 2019, 23:23

Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib.

Modern.az  xəbər verir ki, yığma İstanbulda "Fənərbaxça" ilə üz-üzə gəlib.

Qarşılaşma milli üzvləri üçün yaxşı başlayıb. Yığma ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23. Üçüncü setdə baş məşqçi Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib – 25:17, 25:23.

Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar.

Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan Azərbaycan millisi qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV