Modern.az

İcra başçısı məzuniyyətə çıxır: “El ağsaqalları öz xeyir-duasını verdi”

İcra başçısı məzuniyyətə çıxır: “El ağsaqalları öz xeyir-duasını verdi”

6 Yanvar 2020, 17:07

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb.

 

Bu barədə Modern.az-a icra başçısı özü məlumat verib.

 

A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

 

“Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş şəxslər bu işdə aktiv fəaliyyət göstərdilər. Bizim yaşadığımız ərazidə də oldular. El ağsaqalları öz xeyir-duasını da verdi. Hamımız üçün uğurlu olsun inşallah”.

 

İcra başçısı qeyd edib ki, yanvarın 7-dən etibarən məzuniyyətə çıxacaq:

 

“Sabahdan etibarən öz hesabıma məzuniyyətə çıxıram. Bu müddətdə icra başçısı səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı