Arxiv
18 Yanvar 2020, 19:00 | AKTUAL
Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO

9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrildiyini qeyd edib. Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 28 il ərzində bir çox uğurlara imza atıb.

O, Yeni Azərbaycan Partiyasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirib. A.Fərzəliyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

 

Ceyhun Məmmədov görüş zamanı bildirib ki, Azərbaycanın siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə respublikada siyasi sabitlik təmin olunmuş, dövlətimizin müstəqilliyi möhkəmləndirilmiş, ölkə iqtisadiyyatı daha da inkişaf etmişdir.

 

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradılmış, dərin islahatlar həyata keçirilmiş, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməlləri qoyulmuş, insan hüquq və azadlıqları təmin olunmuşdur. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.

 

Ceyhun Məmmədov seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini qeyd edən Ceyhun Məmmədov idarəetmə sahəsində islahatların daha da səmərəli olması üçün yeni qanunların qəbul edilməsinə çalışacağını bildirib.

 

Ceyhun Məmmədov ölkənmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, səhiyyənin daha əl çatan olması, təhsilin səviyyəsinin daha da yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını bildirib. O, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi, onların evlə təmin olunması üçün addımlar atacağını, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün imkanları səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını vurğulayıb.

 

Ceyhun Məmmədov həmçinin, Azərbaycan Milli Ordusunun hərbi qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması işində, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində fəal olacağını qeyd edib. Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması işində, milli-mənəvi dəyərlərin təbliğində, gənclər siyasətinin həyata keçirilməsində, onların milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00