Modern.az

İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir

İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir

18 Yanvar 2020, 20:03

Bu gün 117 saylı Oğuz - Qəbələ seçki dairəsindən deputalığa namizəd Ləman Ələşrəfqızı rayonun   Bayan və Calud kəndində seçiciləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 

Modern.az  xəbər verir ki, Calud kənd sakinləri kəndin yol , bağça və su problemindən gileyləniblər. Kənd sakinlərinin sözlərinə görə, içməli su dağdan gəlir və yağış, qar  yağanda su istifadə üçün tamamilə yarıtmaz  hala düşür. Seçicilər  namizəddən deputat  seçiləcəyi təqdirdə  su probleminin həllinə kömək  etməyini xahiş ediblər.

Kəndin bağça problemi də, yol problemi də uzun illər insanların yaralı yeridir.

Xatırladaq ki, Calud kəndində Ermənistandan,  Gürcüstanın Borçalı mahalından olan insanlar, Mesxeti türkləri, məcburi  köçkünlər, qısası  14 müxtəlif bölgədən olan ailələr  məskunlaşıb.
Bayan kəndində də seçicilər namizədə dəstəyini ifadə ediblər.  Kənd sakinləri seçkidə aktiv iştirak edəcəkləri və öz el qızlarına dəstək olacaqlarını bildiriblər.


Ləman Ələşrəfqızı deputat seçiləcəyi təqdirdə ən yaxşı  nümunə göstərəcəyini  bildirib. O deyib ki, Prezidentin apardığı islahatlar parlamentin yeniləşməsini diqtə edir. " Dövlət  inkişafa, tərəqqiyə  şərait yaradır, dövlət  yeni qüvvələr təklif edir, o qüvvə bizik".    


Xatırladaq ki, təşviqatın ikinci gününə baxmayaraq deputatlığa namizəd Oğuzun beş kəndində - Muxas, Bucaq , Malıx, Calud və Bayan kəndlərində olub, seçicilərinin problemlərini dinləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi