Arxiv
18 Yanvar 2020, 23:05 | AKTUAL
Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri addım-addım gəzməyə davam edir.

 

Modern.az  xəbər verir ki, Qənirə Paşayeva bu gün Cəlilli kəndini ziyarət edib və seçicilərlə görüşüb. Q. Paşayeva görüş zamanı ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində tovuzluları Milli Məclisdə layiqincə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb.

Qənirə Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq: "Namizədliyimi yenidən irəli sürməkdə məqsədim budur".

“Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım” - deyən Q.Paşayeva vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da hər birimiz əlimizdən gələni etməlidir. Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin sürətlənəcəyini deyib.

Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb. Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 9 fevral tarixində seçkilərində fəal olmasının vacibliyini deyən Qənirə Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.

Millət vəkili həmçinin, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud insanların ailəsini də ziyarət edib, qayğıları ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Cəlilli seçiciləri Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun 14 illik millət vəkili fəaliyyəti dövründə tovuzluların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyiblər: "Siz hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlər Diaspor Komitəsinin pandemiya dövründəki işini belə QİYMƏTLƏNDİRDİLƏR 31 May 2020, 10:35 Pakistanda koronavirusa yoluxanların sayı kəskin artdı 31 May 2020, 10:34 Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb 31 May 2020, 10:30 2 azərbaycanlının öldürüldüyü dava ilə bağlı HÖKM VERİLDİ 31 May 2020, 10:25 Türkiyədəki azərbaycanlı gənclərin onlayn I Forumu təşkil edilib 31 May 2020, 10:20 Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır 31 May 2020, 10:15 Cavanşir Feyziyev Şirinbulaq sakinləri ilə görüşüb - FOTO 31 May 2020, 10:15 Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma 31 May 2020, 10:10 Dolların bu aya olan son məzənnəsi AÇIQLANDI 31 May 2020, 10:04 Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi məlumat yaydı  31 May 2020, 09:58 UNEC-in 90 illik yubileyi ərəfəsində 9-cu ikili diplom proqramı haqqında müqavilə imzalanıb 31 May 2020, 09:55 Çində koronavirusa yoluxanların sayı 83 mini keçdi 31 May 2020, 09:49 Tramp “Böyük yeddilik”in sammitini təxirə saldı 31 May 2020, 09:43 Şərqdə muğam dəstgahlarının ilk ifaçısı - HƏYAT HEKAYƏSİ 31 May 2020, 09:40 Səudiyyə Ərəbistanı da koronavirusa görə Çini geridə qoydu 31 May 2020, 09:38 Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədi - FOTO   31 May 2020, 09:33 ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı…  31 May 2020, 09:26 Rusiyada terrorçular belə məhv edildi - Video 31 May 2020, 09:22 Türkiyədən erməni kilsəsinə hücumla bağlı açıqlama 31 May 2020, 09:18 Avropa Birliyindən Trampa çağırış - Qərarını dəyiş! 31 May 2020, 09:14 Şəki küçələrində gəzən ayı ilə bağlı açıqlama - VİDEO 31 May 2020, 09:11 Yaddan çıxmış sənətkarlar: “Böyük dayaq”ın Yastı Salmanı - O, Xalq artisti adını niyə ala bilmədi?.. - FOTOLAR 31 May 2020, 09:10 Merkel G7-dən niyə imtina etdi? - Fikir ayrılığı  31 May 2020, 09:09 İrana qarşı yeni sanksiyalar tətbiq olundu 31 May 2020, 09:04 Estoniya karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açır 31 May 2020, 08:59 Meksikada koronavirusa yoluxanların sayı 87 min 500-ü keçdi 31 May 2020, 08:58 ABŞ-da aksiyalar zamanı 1400-dək etirazçı saxlanıldı 31 May 2020, 08:53 Xərçəng dərmansız müalicə olunacaq? 31 May 2020, 08:46 Nyu-Yorkda etirazlar zamanı 70-dən çox adam həbs olundu 31 May 2020, 08:45 Milli Məclis iclas çağırdı - Bu gün cərimələrin məbləği dəqiqləşəcək 31 May 2020, 08:43 ABŞ-ın Atlanta şəhərinə 1500 nəfərlik milli qvardiyaçılar göndəriləcək 31 May 2020, 08:40 Məscidlərdə kütləvi ibadətə icazə verildi - İordaniyada 31 May 2020, 08:37 Tovuzda minaatan mərmisi aşkarlandı 31 May 2020, 08:28 ABŞ-ın 25 şəhərində komendant saatı tətbiq olundu 31 May 2020, 08:20 Moskvada COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb 31 May 2020, 00:59