Modern.az

Musa Qasımlı şəhid ailəsinə baş çəkib

Musa Qasımlı şəhid ailəsinə baş çəkib

19 Yanvar 2020, 17:35

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı görüşlərini bu gün də davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhid Aqil Sərhəngovun valideynlərinə bu gün Bürzünbül kəndində baş çəkib. Daha sonra deputatlığa namizəd kənd sakinləri ilə də görüşüb.

 

Görüş zamanı seçiciləri Musa Qasımliya səs verəcəklərini bildiriblər.

 

Həmçinin, Vərgədüz kəndindən olan şəhidlərimiz Arif Bağırov, Nizami Məmiyev, Vüqar Əsədlinin qohumları və kənd sakinləri ilə səmimi söhbət edib. Onlar da səslərini Musa Qasımlıya verəcəklərini bildiriblər.

 

Sonda deputatlığa namizəd hər bir seçiciyə minnətdarlığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır