Modern.az

Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi

Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi

25 Yanvar 2020, 01:03

Türkiyənin “Turkcell”, “Vodafone” və “Türk Telekom” mobil operatorları Elazığ şəhərində baş verən güclü zəlzələdən sonra orada yaşayan vətəndaşlara pulsuz internet və danışıq dəqiqələri verib.  

Modern.az  xəbər verir ki, bu barədə hər üç mobil operator "Tvitter"də yazıb. Onlar bu addımı zəlzələ ərazisində olan müştərilərinin bir-biriləri ilə rahat əlaqə saxlamaları məqsədi ilə atıb.

Qeyd edək ki, ən son məlumata görə, zəlzələ nəticəsində 4 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər