Modern.az

Dünyada turizmi ən sürətlə inkişaf edən 18-ci ölkə olduq

Dünyada turizmi ən sürətlə inkişaf edən 18-ci ölkə olduq

Aktual

8 Fevral 2020, 15:01

Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir.

 

Modern.az xəbər verir ki, BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) “Dünya Turizm Barometrinin” (World Tourism Barometer (WTB) Annex 18)  yanvar hesabatına əsasən Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirir ki, bir qədər əvvəl açıqlanan “İnternational Tourism Highlights 2019” məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci il ilə müqayisədə 2018-ci ildə 6,2% artım qeydə alınıb. Müqayisə etdikdə müşahidə olunur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region ölkələrini, inkişaf etmiş Avropa ölkələrindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub. Həmçinin, 2019-cu ildə 11,4% artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür