Arxiv
9 Fevral 2020, 12:15 | ÖLKƏ
Səlahiyyətlərini başa vurmadan ölən deputatlar...  

Onların içərisində nüfuzunu sonadək qoruyanlar da oldu, gözdən düşənlər də

 

Bu gün Azərbaycanda Milli Məclisə VI çağırış seçkilər başlayıb. 125 deputat kürsüsü uğrunda 1314 namizəd mübarizə aparacaq.  

Növbədənkənar parlament seçkilərində həm gənc, həm də yaşlı namizədlərin iştirak etməsi gözlənilir.

 

Həyatın amansız qanunları var. Bəzən əcəl insanı gözlənilmədən, qəfil məqamlarda yaxalayır. Evdə, iş başında, yol gedərkən, səyahət zamanı və digər anlarda qəfil ölüm neçə-neçə insanı o dümyaya aparır.
Azərbaycanda da xeyli deputat qəfil ölüm səbəbindən səlahiyyətlərini sonadək icra edə bilməyib.

 

Modern.az sayı 1995-ci ildən 2020-ci ilə qədər Milli Məclisin deputatı statsunu daşıyarkən qəfil ölümə yaxalanan mərhum parlamentariləri xatırladır.

 

1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib. Birinci çağırış  Milli Məclisinin deputatı olan Ə.Ansuxski uzun illər Balakəndə rəhbər vəzifələrdə çalışıb. O, xeyriyyəçi, bölgə ağsaqqalı kimi çox məşhur idi.


Deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü Azərbaycan cəmiyyətini şoka salmışdı. Yeni Azərbaycan Partiyasının siyahısı üzrə seçilən Bünyadov hakim partiyanın nüfuzlu şəxsi sayılırdı.


Milli Məclisinin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. Deputat 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib. İqtisad elmləri doktoru olan Sofiq Hüseynov mərhum Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla yaradılımış Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq üzrə Dövlət komissiyasının üzvü olub.

 

Deputat Şadman Hüseyn də səlahiyyətlərinin davam etdiyi dövrdə dünyasını dəyişib. 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürəktutmasından vəfat edən millət vəkili deputatlıq müddətini başa vura bilməyib.  



Milli Məclisinin ikinci çağırışının deputatı professor Şamil Qurbanov 2004-cü ildə mandat müddətini bitirməyə bir il qalmış ürək tutmasından vəfat edib.

 

Parlamentin daha bir üzvü Yusif Vəkilov ( Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib.  1995-ci ildə 26 saylı birinci Nəsimi seçki dairəsindən deputat seçilən tanınmış yazıçı bitərəf olub.  Onun “Qətl günü” romanı Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurmuşdu.

 

Milli Məclisin Hüquq Siyasəti Komissiyasının sədri Zakir Zeynalov da səlahiyyətləri başa çatmadan vəfat edən deputatlardandır. O, parlamentdə nüfuzlu və hörmətli deputatlardan sayılıb. Hüquq elmləri doktoru olan Z. Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü idə öz iş otağında ürək tutmasından vəfat edib.

 

Milli Məclisin ikinci çağırışında – 2000-ci ildə deputat seçilən Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idi. O, 2001-ci ilin 24 sentybrında dünyasını dəyişib.

 

Milli Məclisin deputatı olmuş, “91-lər”dən biri İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev  ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd–Gədəbəy seçki dairəsindən majoritar qaydada seçilmişdi.

 

Milli Məclisin üzvü, tanınmış qiraət ustası, xalq artisti Mikayıl Mirzə 2006-cı ildə 59 yaşında  vəfat edib. Pafoslu çıxışları ilə parlamentdə diqqət çəkən M.Mirzə 2002-ci ildə keçirilən əlavə seçkilərdə bitərəf deputat kimi parlamentə seçilmişdi.

 

Azərbaycanın tanınmış dövlət və siyasi xaddimi Afiyəddin Cəlilov da Milli Məclisin dünyasını dəyişən sabiq üzvlərindədir. 1992-ci ildən Milli Məclis sədrinin müavini olmuş Afiyəddin Cəlilov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. Parlamentin sabiq sədr müavini 1994-cü il sentyabrın 29-da müəmmalı şəkildə qətlə yetirilib.

 

Milli Məclisin üzvü akademik Fərəməz Maqsudov 1997-ci ildə Elmlər Akademiyasının prezidenti olub və Azərbaycanın ictimai həyatında əvəzsiz xidmətləri ilə yadda qalıb. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib.

 

Mərhum millət vəkili Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.

 

2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Hikmət Atayev yol nəqliyyat qəzasında dünyasını dəyişib. 7 mart 2013-cü il tarixində Gürcüstandan Balakən istiqamətində gedən deputatın idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı avtomobillə toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib. Yeni Azərbaycan Partiyasının üzvü olmuş deputat həm də tanınmış həkim idi.

 

2018-ci il aprelin 15-də isə Milli Məclisin üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev Qusar rayonunda dünyasını dəyişib. Deputat qəfil ürək tutmasından vəfat edib. Astan Şahverdiyev 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatı idi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58