Arxiv
14 Fevral 2020, 09:46 | AKTUAL
DİM sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Mərkəzdən bildiriblər ki, imtahan iştirakçıları buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

 

Sınaq imtahanında iştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda  3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.

 

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat

Riyaziyyat

Azərbaycan (rus) dili

Biologiya

Fizika

Coğrafiya

Tarix

Kimya

Kimya

Tarix

Ədəbiyyat

Fizika


İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Quba, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə 43 binada təşkil olunacaq.

 

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

 

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

 

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

 

İmtahanların idarə edilməsi üçün 43 imtahan rəhbəri, 938 nəzarətçi-müəllim ayrılıb.

 

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.

 

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17