Arxiv
14 Fevral 2020, 10:16 | AKTUAL
Bakıda beynəlxalq konfrans keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük Beynəlxalq konfrans işə başlayıb.

 

ADİU-dan Modern.az-a verilən məlumata görə, tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Təhsil nazirinin müavini İdris İsayev, Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, UNEC-in rektoru, professor Ədalət Muradov, konfransın təşkilatçıları, UNEC-in əməkdaşlıq etdiyi yerli və xarici universitetlərin rektorları, tərəfdaş təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış akademiklər, alimlər iştirak ediblər.

 

Rektor Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq, konfransın məqsədini açıqlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmiş ciddi uğurlar və artıq formalaşdırılmış  möhkəm bazanı nəzərə alaraq, ölkəmizin gələcəkdə daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti rəqəmsal transformasiyadır. Məhz rəqəmsal iqtisadiyyatın müxtəlif aspektlərini müzakirə  etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə 15 beynəlxalq və xarici təşkilatın tərəfdaşlığı ilə beynəlxalq konfransın təşkil edilməsinə qərar verilib.

 

Rəqəmsallaşmanın əmək bazarında yeni kompetensiyalar tələb etdiyini deyən rektor, onun bütövlükdə təhsil sisteminə, eləcə də kənd təsərrüfatı, nəqliyyat, maliyyə sektoruna ciddi təsir göstərdiyini vurğulayıb. Ə.Muradov təhsilin bütün səviyyələrində rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığının tələb olunduğunu, iqtisadiyyatın rəqəmsallaşmasının statistik göstəricilərə tələbi dəyişməsini, beynəlxalq standartların hələ də formalaşmadığı bir zamanda rəqəmsal iqtisadiyyatla bağlı proseslərin statistik ölçülməsi mexanizminin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Rektor, həmçinin “Rəqəmsal Azərbaycan” Dövlət Proqramının hazırlanmasının faydalı ola biləcəyini deyib.

 

Təhsil nazirinin müavini İdris İsayev isə inkişaf tendensiyalarını və trendləri nəzərə alaraq, son illərdə texniki-texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirildiyini bildirib. Bu tədris ilində innovasiyaların tətbiqinə yönəldilmiş  texniki və texnoloji ixtisas qrupu üzrə ötən ilə nisbətən 4,3 faiz artım olduğunu, dövlət sifarişi əsasında tələbə qəbulu planının texniki və texnoloji ixtisas qrupu üzrə 71 faiz artdığını deyib.

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir müavini bu istiqamətdə elektron hökumətin yaradıldığını, nazirlik tərəfindən müxtəlif istiqamətlər üzrə 68 xidmətin elektronlaşdırıldığını bildirərək, ümumilikdə ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyasının reallaşdırıldığını diqqətə çatdırıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən amillərdən söz açıb. Nazir müavini bu istiqamətdə infrastrukturun modernləşdirilməsinin, müasir texnologiyaların tətbiqinin, internet istifadəçilərinin sayının artmasının, elektron ticarətin genişlənməsinin əsas rol oynadığını vurğulayıb.

 

Konfransın açılış mərasimində plenar məruzələr də dinlənilib. Almaniyanın Köln Universitetinin Media və İdarəetmə Texnologiyaları Departamentinin direktoru, professor Klaudia Loebbecke “Rəqəmsallıq, analitik göstəricilər və süni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər” mövzusunda təqdimatla çıxış edib.

 

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplunun təqdimatı isə “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı” mövzusunda olub. Palata sədri Azərbaycanda müəssisə kapitalına investisiya yatırmaq üçün böyük imkanların mövcud olduğunu deyib.

 

Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Konfrans çərçivəsində 7 bölmə - “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə müzakirələr aparılacaq.

 

Konfrans çərçivəsində UNEC-lə Rusiyanın “E. T. Qaydar adına İqtisadi Siyasət İnstitutu” Fondu arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Konfransın yekununda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının Böyük İpək Yolu üzrə rəqəmsal, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkana çevrilməsi məsələləri müzakirə olunacaq. Bu müzakirələr regionda rəqəmsal əməliyyatların Azərbaycan üzərindən aparılması və beynəlxalq ticarət dövriyyəsinin  inkişaf etdirilməsi potensialını üzə çıxaracaq. Eyni zamanda ölkəmizdə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasının və dövlət proqramlarının işlənib hazırlanmasına töhfələr verəcək, onun regionun rəqəmsal iqtisadiyyat məkanına inteqrasiyasına yol açacaq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qondarma rejimin “müdafiə naziri” işdən azad olundu 24 Fevral 2020, 15:44 Prezident deputatla bağlı sərəncam verdi 24 Fevral 2020, 15:42 Daha bir ölkədə koronavirus AŞKARLANDI 24 Fevral 2020, 15:25 Şəhidin nəşi Zərdaba yola salınıb - YENİLƏNİB 24 Fevral 2020, 15:18 Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb - FOTO 24 Fevral 2020, 15:14 “Əsgərə salam” futzal turniri başa çatdı - FOTO 24 Fevral 2020, 15:07 Cəlilabadda koronavirusun yayılması xəbəri ilə bağlı - Rəsmi Açıqlama 24 Fevral 2020, 15:00 Naxçıvan Ali Məclisinə sədr seçildi 24 Fevral 2020, 14:53 İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA 24 Fevral 2020, 14:47 Xocalı qurbanları Daşkənddə anıldı 24 Fevral 2020, 14:40 İşdən çıxarılan 7 hakimin adı bəlli oldu - SİYAHI 24 Fevral 2020, 14:34 İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək 24 Fevral 2020, 14:28 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib 24 Fevral 2020, 14:22 Nazirlər Kabinetinin saytının adı dəyişdi 24 Fevral 2020, 14:15 Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14 Qaz xətlərində 42 min qanunsuz qoşulma aşkarlandı 24 Fevral 2020, 13:10 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ 24 Fevral 2020, 13:05 Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28