Modern.az

General Etibar Mirzəyev yanğın yerində - VİDEO

General Etibar Mirzəyev yanğın yerində - VİDEO

Aktual

18 Fevral 2020, 09:36

“Sədərək” Ticarət Mərkəzində qeydə alınan yanğın söndürülüb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

 

Rəsmi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın  baş verməsi barədə məlumat daxil olub:

 

“Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub”.

 

İlkin məlumata görə, yanğın nəticəsində 60 mağaza yanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır