Modern.az

İrandakı bütün Azərbaycan vətəndaşları geri QAYITDI

İrandakı bütün Azərbaycan vətəndaşları geri QAYITDI

29 Fevral 2020, 10:34

Sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib.

 

Qeyd edilib ki, vətəndaşlarımız artıq geri dönüblər:

 

"Hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi