Modern.az

Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin vəziyyəti ağırdır

Mədəniyyət

Bu gün, 17:14

Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Modern.az Axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”.

Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir