Modern.az

“Qarabağda qələbəmizin tezləşdirilməsi hər birimizdən asılıdır” – Deputat VİDEO paylaşdı

“Qarabağda qələbəmizin tezləşdirilməsi hər birimizdən asılıdır” – Deputat VİDEO paylaşdı

Parlament

12 Mart 2020, 14:42

“Münhen təhlükəsizliyi konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında keçirilən ilk ictimai debatda cənab İlham Əliyev bütün dünyaya, mötəbər beynəlxalq təşkilatlara bir daha əyani şəkildə sübut etdi ki, Ermənistan təcavüzkar və işğalçı dövlətdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev şəxsi facebook hesabında yazıb.

 

Deputat bildirib ki, münaqişədə xalqımızın, Azərbaycan vətəndaşının insan haqları və hüququ pozulub.

 

“Bu münaqişədə haqq da, ədalət də Azərbaycanın yanındadır. Ona görə də ərazi bütövlüyümüzün bərpası, yüzminlərlə məcburi köçkünümüzün tarixi torpaqlarımıza qayıtması qaçınılmazdır. Bu savaşda son və həlledici qələbə bizimdir. O günün tezləşdirilməsi hər birimizdən asılıdır. Allah yardımçımız olsun!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır