Modern.az

Özbəkistanda koronavirusa yoluxanların sayı 42 nəfərə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 42 nəfərə çatıb

Dünya

22 Mart 2020, 14:58

Özbəkistanda koronavirusa yoluxanların sayı 42 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, martın 21-də virusa yoluxanların sayı 37 nəfər olub. 24 saat ərzində daha 5 adamda koronavirus aşkar edilib. Onların hamısı bu virusa xarici ölkələrdə yoluxub. Virusa tutulanlar arasında çox ağır vəziyyətdə olanları yoxdur. Xəstələr Özbəkistan Virusologiya İnstitutunun klinikasında müalicə alırlar. Ölkədə karantində 2 min 300 adam var.

 

Bu gündən Özbəkistanda ictimai nəqliyyatın, metronun, marşrut taksilərin və dəmir yollarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada