Modern.az

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

29 Mart 2020, 11:55

“Doğrudur, hava-damcı infeksiayalarının qarşısını almaq çox çətindir. Amma Azərbaycanda hökumət tərəfindən həyata keçirlən tədbirlər sayəsində biz bu virusa qarşı dayana biləcəyik”.

 

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin Azərbaycanda tam olaraq aradan qalxacağı zamanla bağlı proqnozunu bölüşərkən bildirib.

 

O qeyd edib ki, bu dayanıqlılıq indiki məqamda vətəndaşlardan asılıdır:

 

“Dövlət kompleks tədbirlər görür, kifayət qədər vəsait ayrılıb. Amma bəzi vətəndaşlar karantin rejiminə əməl etmirlər. Bu virusa barmaqarası baxmaq düzgün deyil. Başa düşmək lazımdır ki, bu, öyrənilməmiş və yeni virusdur”.

 

Baş infeksionist havaların isinməsilə koronavirusun tamamilə aradan qalxacağı ilə bağlı fikirlərlə razılaşmayıb:

 

“Havaların isinməsinin müəyyən qədər köməyi olacaq, amma virus artıq insanlar arasında dövr edirsə, yayılma hələ bir müddət davam edəcək. Hər bir insan həyatı hər birimiz üçün dəyəlidir. Amma insanların bu məsələdə həmrəyliyi çox vacibdir. Prosesin gedişi təkcə Azərbaycanla bağlı deyil, dünya ilə bağlıdır. Artıq daxili yoluxma artdığına görə, virusun tam lokallaşdırılması hələ bir müddət çəkəcək. Küçədə rastlaşdığımız adamlarda virusun olub-olmadığını bilmirik axı. Ona görə də küçəyə çıxmaq qadağası var. Metroda iş 5 saat müəyyən edilib, strateji yerlər istisna olmaqla, bütün obyektlərin fəaliyyəti dayandırılıb və s. İnsanlar buna əməl etməlidir. Ola bilər bir neçə günə yeni qadağalar qüvvəyə minsin. Amma insanlar karantinə  riayət edərsə, ən az 1-2 aya xəstəlik tam lokallaşdırıla bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır