Modern.az

Bakının havası təmizlənib

Bakının havası təmizlənib

29 Mart 2020, 16:21

Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə karantin rejimi elan edilib. Yəni əksər fabrik və müəssisələr işləmir, şəhərdə daha az avtomobil hərəkət edir.

Bu isə öz növbəsində insanda belə bir sual yaradır: Karantin rejimi ekoloji mühitə müsbət təsir edə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizləndiyini bildirib:

 

“Pandemiyanın havanın keyfiyyətinə təsiri barədə sualın qoyuluşunu korrekt  hesab etmirik. Hər hansı bir koronavirussuz, biz həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar etmişik. İstər bu nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları  olsun, istərsə də  müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun.

 

Bidiyiniz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə fəal təbliğat işləri aparılır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında  keçirilən aksiya hamının yaxşı yadındadır. Bəzi pessimistlər bu yolla havanın təmizlənməsinə şübhə ilə yanaşırdılar.

 

Lakin gördüyünüz kimi, bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib. Belə nəticələr digər ölkələrdə də qeydə alınıb.

Bu bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır