Modern.az

Avropa İttifaqına 12 ölkədən müraciət

Avropa İttifaqına 12 ölkədən müraciət

Aktual

16 May 2020, 23:12

Portuqaliya və Avropa İttifaqının daha 11 ölkəsi Avropa Komissiyasına müraciət edərək, pandemiyadan sonra iqtisadiyyatın bərpasını öz planlarına daxil etməsini, avtomobil istehsalının dayanmasını nəzərə alaraq, sektor üçün təxirəsalınmaz tədbirlər görməsini xahiş edib.

Modern.az  xəbər verir ki, İspaniya, Portuqaliya, Bolqarıstan, Çexiya, Macarıstan, İtaliya, Latviya, Malta, Polşa, Pumıniya, Slovakiya və Sloveniya nazirləri Aİ-də avtomobil sektoru üçün xüsusi bərpa planının hazırlanması xahişi ilə çıxış ediblər.

Nazirlərin məktubunda vurğulanır ki, avtomobil sektoru bu ölkələrin fəaliyyətinin mərkəzi və strateji istiqamətlərindən biri olub, Aİ-nin ümumi daxili məhsulunun 7 faizini, Aİ-də məşğul olanların 6 faizini və ümumavropa ixracının 12 faizini təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə