Modern.az

Xəzər Universitetinin adı məşhur ABŞ teleserialında

Xəzər Universitetinin adı məşhur ABŞ teleserialında

21 May 2020, 11:35

ABŞ-ın ABC kanalının çəkdiyi məşhur “Alias” teleserialında Xəzər Universitetinin adı çəkilir.

 

Modern.az xəbər verir ki, səhnələrdən birində Xəzər Universitetinin “Neft və qaz geologiyası və geofizikası” ixtisasından söhbət açılır və Azərbaycana gedən qəhrəmana bu ixtisas üzrə doktorantura proqramına qəbul olunması məsləhət görülür. Hollivud filmlərində nadir hallarda universitetlərlə bağlı səhnələr olur və bu halda da, bir qayda olaraq, əsasən, ABŞ-ın və dünyanın məşhur universitetlərinin adı çəkilir. Bu baxımından, Xəzər Universitetinin adının, çoxsaylı nüfuzlu mükafatlar almış, məşhur teleserialda qeyd olunması, həm Xəzər universiteti adına, həm də Azərbaycan təhsili adına qürurverici haldır.



Xəzər Universiteti ABŞ-ın məşhur teleserialında Azərbaycanda ingilis dilində keyfiyyətli təhsil verən universitet kimi təqdim edilir. Qeyd edək ki, serialı, yayımlandığı dövrdə, yalnız ABŞ-da 8 milyona yaxın insan izləyib.



Xəzər Universiteti ilə bağlı olan səhnə 1-ci bölüm, 19-cu seriyadandır və “Qar adam” adlanır.


Serialın həmin parçasına aşağıdakı səhifədə baxmaq olar:



//www.youtube.com/watch?v=-EnPMIdy7BY&feature=share&fbclid=IwAR0qTe_ebcm75k3CdeOQ2hmzuFUxFyIJiAKlZ8lmhXWVVi_YHCzxhAwXuhg

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir