Modern.az

İngiltərədə daha 2 futbolçuda koronavirus aşkarlandı

İngiltərədə daha 2 futbolçuda koronavirus aşkarlandı

Dünya

24 May 2020, 11:25

İngiltərə Premyer Liqasının komandalarında çıxış edən iki futbolçu koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky Sports" bildirib.

 

Qeyd edilir ki, virusa yoluxma halı testlərin ikinci raundundan sonra məlum olub. Koronavirusla bağlı ümumilikdə 996 tibbi analiz götürülüb.

 

İngiltərə Premyer Liqasının klubları COVID-19 yoxlamalarının nəticələrini dünən axşam alıb. Oyunçulardan analizlər mayın 19-u, 21-i və 22-də məşq bazalarında götürülüb.

 

Virusa yoluxanların adları adlanmır, amma qeyd edilir ki, onlar müxtəlif komandalarda çıxış edirlər. Həmin oyunçular bir həftə özünütəcrid şəraitində qalmağa məcbur ediləcək.

 

Premyer Liqada tibbi yoxlamanın birinci dalğasının gedişatında koronavirus altı nəfərdə aşkarlanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub