Modern.az

İranda daha 56 nəfər koronavirusdan ölüb

İranda daha 56 nəfər koronavirusdan ölüb

Aktual

27 May 2020, 14:41

İranda ötən sutka ərzində daha 56 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Bu barədə Modern.az İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 7 564 nəfərə yüksəlib.

 

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 080 nəfər koronavirusa yoluxub. Bununla da indiyədək ölkədə virusa yoluxanların sayı 141 591 nəfərə çatıb. Virus daşıyıcılarından 2 551 nəfərin vəziyyəti ağırdır.

 

Nazirlik rəsmisi indiyədək 111 176 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 856 mindən çox test həyata keçirilib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!