Arxiv
1 İyun 2020, 16:38 | AKTUAL
Jalə Əliyeva parlamentdə uşaqlarla bağlı çağırış etdi

"“Dünyanı verək uşaqlara bir günlüyünə” deyirdi Nazim Hikmət. Bu gün dünya uşaqlar günüdür. Ramazan günlərində seçildiyim dairədə - Zərdab və Ucar rayonunda uşaqlarla görüşdüm. Məhz, bayramda onları sevindirmək, sevinməyə xüsusi ehtiyacı olduqları üçün. Kiçik yaşlarından ana-ata nəvazişindən məhrum olan, ən yaxşı halda nənəyə, babaya pənah aparan uşaqlar idi onlar.. Müxtəlif yaşlarda və müxtəlif şəraitdə yaşayan 21 gözəl övlad. Yaşları və şəraitləri kimi özləri, davranışları da fərqli idi. Bəzisi utancaq və çəkingən, bəzisi qayğısız və şən”.

 

Modern.az xəbər verir ki, bu fikiləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı çıxış edən deputat Jalə Əliyeva deyib. O bildirib ki, bu uşaqların hamısını birləşdirən və bundan sonra heç kimin dəyişdirə bilməyəcəyi bir həqiqət var idi:

 

“Bu uşaqlar heç zaman heç kimə ana-ata deyə bilməyəcəklər. Heç kimin qucağına ana-ata deyib qaçmayacaqlar. Bir də ata-anası ola-ola bu sözü tələffüz etməyə həsrət qalan, uşaq evlərində böyüyən, atılmış, dövlətin himayə etdiyi uşaqlar var. Qapı hər açılıb bağlandığında bəlkə atamdır, anamdır deyə ümidlənən uşaqlar”...

 

Parlamentari uşaqlarının gözünü yolda qoyan həmin valideynlərə də çağırış edib:

 

“Etməyin! Baxmayacaqsınızsa, baxa bilməyəcəksinizsə dünyaya gətirməyin! Bir günlük, bir anlıq həvəs xətrinə onları bədbəxt etməyin! Yox, əgər dünyaya gətirmisinizsə, nə olur-olsun, hansı şərtlərdə yaşayırsınızsa, yaşayın, kim nə deyirsə-desin o varlıqlara sahib çıxın. Dövlət sizin yerinizə o uşaqlara sahib çıxır, onları yedirir, geyindirir, oxudur, tərbiyələndirir, himayə edir. Ancaq bu uşaqların bütün bunlarla birlikdə isti qucağa ehtiyacı var. Bunu isə onlara ancaq siz verə bilərsiniz”.

 

Jalə Əliyeva dünyaya sözdə demokratiya dərsi keçənlərə də səslənib:

 

“Bir də burada özünü insan haqlarının qoruyucuları sayan dünya başbilənlərinə dünyaya “demokratiya dərsi” keçməyə çalışan dairələrə səslənmək istəyirəm. Cənablar, bu gün dünyada onminlərlə, yüzminlərlə uşaq müharibələrdən əziyyət çəkir. Dünyamızın indiki inkişafı dövründə uşaqlar, qaçqın, köçkün, müharibə taleyi yaşayırlar. Bu uşaqların içərisində onminlərlə azərbaycanlı uşaqlar da var. Uşaqlarımız Ermənistanın təcavüzkar siyasəti nəticəsində ədalətsiz müharibənin qurbanı olub. Bu körpələrin fəryadını eşidin. Onların səsinə səs verin! Yüksək ideallardan danışırsınızsa, yüksək tribunalardan dünyaya, eləcə də, Azərbaycana davamlı olaraq demokratiya öyrədirsinizsə, birinci növbədə bu uşaqlarla bağlı ədalətinizi ortaya qoyun! Həqiqətən demokratik olduğunuzu göstərin. Günahsız uşaqların günahına girməyin! Ancaq o zaman insanlıq naminə danışmaq haqqını qazanarsınız!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40