Modern.az

Qırğızıstanla Azərbaycan arasında həll olunmamış məsələ yoxdur

Qırğızıstanla Azərbaycan arasında həll olunmamış məsələ yoxdur

Ölkə

31 İyul 2026, 09:36

Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur.

Modern.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

Qırğızıstanın dövlət başçısı qeyd edib ki, bu əməkdaşlıq möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanır. “Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll olunmamış heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir”, - deyə o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada