Modern.az

Qarabağ Universitetinə keçid balları açıqlandı

Qarabağ Universitetinə keçid balları açıqlandı

Təhsil

Bu gün, 09:27

Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar və minimal keçid ballarını elan edib.

Modern.az xəbər verir ki, universitetin paylaşdığı məlumata əsasən, ən yüksək minimal bal tələbi 600 balla TibbHüquqşünaslıq ixtisaslarına aiddir.

Tibb və sağlamlıq elmləri fakültəsində Stomatologiya ixtisasına qəbul üçün minimal bal 550, Tibb bacısı (qardaşı) işiƏczaçılıq ixtisaslarına isə 450 bal müəyyənləşdirilib.

Mühəndislik fakültəsində Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi, Mexanika mühəndisliyiKimya mühəndisliyi ixtisasları üzrə minimal keçid balı 450-dir.

Riyaziyyat və kompüter elmləri fakültəsində Kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Data analitikasıRiyaziyyat ixtisaslarına qəbul üçün ən azı 400 bal tələb olunur.

Humanitar və sosial elmlər fakültəsində Psixologiya ixtisası üzrə minimal bal 450, Tarix, Beynəlxalq münasibətlərDövlət və ictimai münasibətlər ixtisaslarında isə 400 bal müəyyən edilib.

Biznes və iqtisadiyyat fakültəsində Maliyyəİqtisadiyyat ixtisasları üzrə minimal bal 400, Mühasibat, Biznesin idarə edilməsi, Menecment, Beynəlxalq ticarət və logistika, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında 350, Turizm işinin təşkili ixtisasında isə 250 baldır.

Pedaqoji fakültədə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili üzrə), Riyaziyyat müəllimliyi, Tarix müəllimliyi, İbtidai sinif müəllimliyi, Coğrafiya müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyiFizika müəllimliyi ixtisaslarının hər biri üzrə minimal keçid balı 350 olaraq müəyyənləşdirilib.

Təbiət elmləri fakültəsində BiologiyaKimya ixtisaslarına qəbul üçün də minimal bal 350-dir.

İncəsənət fakültəsinə qəbul isə xüsusi qabiliyyət imtahanlarının nəticələri əsasında aparılacaq.

Universitetin məlumatına görə, mühəndislik ixtisasları üzrə tələbələr dövlət hesabına həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin diplomunu əldə etmək imkanı qazanacaqlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlıları gözləyən təhlükə