Modern.az

Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik”

Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik”

5 İyun 2020, 13:27

“Hesablama Palatasının rəyinə görə, 26 dövlət proqramı hesabatda əks olunmur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva bildirib.

 

Komitə sədri hesab edir ki, dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır.

 

“Dövlət proqramının icrası ilə bağlı məlumatlar nəyə görə bu sənəddə əksini tapmamalıdır? Bu, çox vacib sualdır. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyətlə bağlıdır. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində burada korrupsiya əməllərini gördük. Ona görə də dövlət proqramlarının icrası ilə bağlı məlumatlar mütləq qeyd edilməlidir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də əksini tapmalıdır. Məlumat bazasını tam yarada bilmiriksə, burada hansısa şəffaflıqdan danışa bilmərik. Bu il şəkərli diabet, hemofiliyalı xəstələrlə bağlı dövlət proqramlarının icrası başa çatır. Amma proqramın icrasında bir sıra vacib məsələlər həllini tapmamış qalır”, - deyə Qənirə Paşayeva bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür