Modern.az

İranı pulla ələ ala bilmirik, məğlub etməliyik - Tramp

İranı pulla ələ ala bilmirik, məğlub etməliyik - Tramp

Dünya

Bu gün, 08:54

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verərək bildirib ki, bu ölkədə baş verənlər vaxtilə Venesuelada yaşanan proseslərə bənzəyir.

Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"İranla baş verənlər Venesuelada baş verənlərin eynisidir. Sadəcə, insanlar bunu görmür", - deyə ABŞ prezidenti bildirib.

Tramp İranın pulla təsir altına salına bilməyəcəyini vurğulayıb.

"Onları pulla ələ almaq mümkün deyil. Onları məğlub etmək lazımdır. Biz də onları məğlub edirik", - deyə o qeyd edib.

Bununla yanaşı, Tramp Tehranla "dostcasına danışıqların" davam etdiyini də bildirib.

"İran deyir ki, 'Xahiş edirik, blokada olmasın'. Bir müddət yanacaqla bağlı vəziyyət yaxşılaşmışdı. Sonra onlar özlərini düzgün aparmadılar və mən yenidən hərbi addımlara qayıtmalı oldum. İndi isə yenidən normal davranırlar", - deyə ABŞ prezidenti əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin