Modern.az

"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır

"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır

İdman

Bu gün, 09:12

Bu gün Azərbaycanın "Sabah" klubu Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Modern.az xəbər verir ki, komandamız Finlandiyada "KuPS"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

19:00. "KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan)

Baş hakim: Qal Leybovitz (İsrail)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin