Modern.az

Tramp bu gün Zelenski ilə görüşəcək

Tramp bu gün Zelenski ilə görüşəcək

Dünya

28 İyul 2026, 09:24

ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin iyulun 28-nə açıqlanan rəsmi iş qrafikində qeyd olunub.

Məlumata görə, Oval Ofisdə keçiriləcək görüş jurnalistlər üçün qapalı olacaq.

Trampın gün ərzində daha bir yüksək səviyyəli görüşü də planlaşdırılıb. Belə ki, ABŞ prezidenti daha sonra Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə bir araya gələcək.

Rəsmi cədvələ əsasən, Netanyahu ilə keçiriləcək görüş də mətbuatın iştirakı olmadan, qapalı formatda baş tutacaq.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri