Modern.az

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır

Aktual

3 İyul 2020, 16:45

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsindən Modern.az-a bildirilib ki, o cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

 

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)