Arxiv
5 Avqust 2020, 08:38 | AKTUAL
Bu gün 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, namizədlər iyul ayının 29-dan etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahan haqqında məlumat – imtahan keçiriləcək yer, bina, imtahan binasına yaxınlaşma vaxtı, həmçinin imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən “Yaddaş kitabçası”ndan çıxarış əksini tapır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 1525 namizəd ərizə təqdim edib. Onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan keçiriləcək yerə (binaya) gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO 22 Yanvar 2021, 01:03 Şahbuzda zəlzələ oldu 22 Yanvar 2021, 00:51 Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq 22 Yanvar 2021, 00:46 Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi 22 Yanvar 2021, 00:32 Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO 22 Yanvar 2021, 00:17 İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi 22 Yanvar 2021, 00:03 Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA 21 Yanvar 2021, 23:50 Koronavirus xəstəsi itkin düşüb - FOTO 21 Yanvar 2021, 23:36 “Pandemiya əsrin fəlakətidir” - Merkel 21 Yanvar 2021, 23:23 Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi 21 Yanvar 2021, 23:14 Goranboy sakini dəm qazından zəhərləndi 21 Yanvar 2021, 23:01 “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi 21 Yanvar 2021, 22:49 Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ 21 Yanvar 2021, 22:36 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı 21 Yanvar 2021, 22:24 Bakıda qadın itkin düşdü - FOTO 21 Yanvar 2021, 22:16 Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı 21 Yanvar 2021, 22:07 Türkiyədə daha 153 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 21:57 Goranboyda iki maşın toqquşdu - yaralananlar var 21 Yanvar 2021, 21:43 Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü 21 Yanvar 2021, 21:31 Komitə sədri qazilərlə görüşdü - FOTO 21 Yanvar 2021, 21:27 Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO 21 Yanvar 2021, 21:16 Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO 21 Yanvar 2021, 21:02 İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib 21 Yanvar 2021, 20:58 Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı 21 Yanvar 2021, 20:47 Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır 21 Yanvar 2021, 20:38 Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO 21 Yanvar 2021, 20:30 “Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb 21 Yanvar 2021, 20:22 Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI 21 Yanvar 2021, 20:15 Xarkovda qocalar evi yandı - 15 nəfər öldü 21 Yanvar 2021, 20:07 Baş nazir qərar verdi 21 Yanvar 2021, 20:00 Bakıda ev yanır 21 Yanvar 2021, 19:54 Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir 21 Yanvar 2021, 19:47 Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı 21 Yanvar 2021, 19:40 Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək 21 Yanvar 2021, 19:33 Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24