Modern.az

Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI

Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI

Aktual

7 Avqust 2020, 11:57

Bu il ölkədə 53 min vətəndaşa heç bir qapıya getmədən pensiya təyin olunub.

Modern.az məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, fərdi uçot sisteminin möhkəmləndirilməsi hesabına pensiyalarda çox ciddi artım baş verib.

 

S.Babayev bildirib ki, növbəti ilin sonuna kimi ƏƏSMN-nin təqdim etdiyi 132 xidmətdən 90-ı tam elektronlaşdırılacaq. Bu ilin sonuna kimi Binəqədi və Nərimanov rayonunu əhatə edəcək Dost Mərkəzinin tikintisi yekunlaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir