Modern.az

Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq

Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq

Aktual

12 Avqust 2020, 22:09

Türkiyədə növbəti tədris ilində dərslər onlayn keçiriləcək.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuk açıqlama verib.

 

Nazir bildirib ki, 2020-2021-ci tədris ili avqustun 31-dən onlayn formada başlayacaq.


Nazir qeyd edib ki, məktəblərin tədrisə açılması 21 sentyabrda nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumu bugünkü toplantısından sonra məktəblərin açılmasının daha bir ay təxirə salınmasını tövsiyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü