Modern.az

Pandemiya dövründə Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələr - SİYAHI

Pandemiya dövründə Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələr - SİYAHI

Aktual

24 Avqust 2020, 09:17

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən   2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-iyul aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədləri ilə həyata keçirilib.

2020-ci ilin yanvar-iyul aylarında ölkəmizə gələnlərin 29,1 faizi Rusiya Federasiyası, 26,1 faizi Gürcüstan, 15,9 faizi Türkiyə, 7,4 faizi İran, 2,1 faizi Ukrayna, 2,0 faizi Hindistan, 1,9 faizi Səudiyyə Ərəbistanı, 1,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,2 faiz olmaqla Pakistan və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Çindən gələnlərin sayı 9,8 dəfə, Cənubi Koreyadan – 9,2 dəfə, İsraildən – 6,5 dəfə, Yaponiyadan və Polşadan – 6,3 dəfə, Macarıstandan – 5,9 dəfə, İraqdan – 5,4 dəfə, Omandan və Səudiyyə Ərəbistanından – 5,3 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5,2 dəfə, Kanadadan və ABŞ-dan – 4,9 dəfə, Fransadan – 4,8 dəfə, Böyük Britaniyadan, Almaniyadan və Niderlanddan – 4,4 dəfə, Türkmənistandan – 3,9 dəfə, Qətərdən – 3,8 dəfə, İtaliyadan – 3,7 dəfə, Qazaxıstandan – 3,5 dəfə  azalıb.   

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,8 dəfə azalaraq 17,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,6 dəfə azalaraq 83,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,0 dəfə azalaraq 218,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi dəmir yolu və avtomobil, 29,5 faizi hava, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə azalaraq 996,5 min nəfər olub. Ölkə vətəndaşlarının 32,8 faizi İrana, 29,2 faizi Gürcüstana, 20,3 faizi Rusiya Federasiyasına, 10  faizi Türkiyəyə, 7,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə  gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,7 dəfə azalıb.

2020-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,7 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar