Arxiv
16 Sentyabr 2020, 10:31 | PARLAMENT
Misir Ermənistana niyə qucaq açdı? - Deputat ŞƏRHİ

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan  Misir Ərəb Respublikasına  səfər edib.

Erməni nazir səfəri zamanı  Azərbaycan və Türkiyə əleyhinə təxribat xarakterli fikirlər səsləndirib.

Hətta Ermənistan-Azərbaycan sərhədində iyul ayındakı insident zamanı Azərbaycana dəstək olaraq birtərəfli mövqe ilə çıxış edən, Ermənistana qarşı aqressiv ritorika nümayiş etdirən yeganə dövlətin Türkiyə  olduğunu vurğulayıb.

Belə olan halda erməni XİN başçısının Misirə səfəri Azərbaycan-Misir münasibətlərinə necə təsir göstərə bilər?


Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman müsəlman ölkələri ilə xüsusi münasibətə önəm verib:


“Misirlə Azərbaycan arasında dostluq əlaqələri yüksək səviyyədədir. Bizim orada səfirliyimiz fəaliyyət göstərir. Misir prezidentinin Azərbaycana səfəri ilə bağlı müəyyən fikir mübadilələri də var. Bu baxımdan da biz Misirlə əlaqələrin inkişafında maraqlıyıq. Misir böyük ərəb dövlətlərindən biridir. Bu əlaqələrin daha da inkişaf etməsi bizim üçün vacibdir”.


Ceyhun Məmmədov Ermənistanın Misirlə yaxınlığının səbələrini də qeyd edib:

“Ermənistan müsəlman ölkələri ilə sıx əlaqə qurmağa çalışır. Bu son dövrlərdə açıq hiss olunur. Ermənistan xarici işlər nazir, eləcə də, ayrı-ayrı dövlət qurumlarının rəhbərləri ərəb ölkələrinə səfərlər edərək bu ölkələrlə əlaqələri yaxşılaşdırmağa çalışırlar. Ermənistanın xüsusi əlaqə qurmağa üstünlük verdiyi ərəb ölkələrindən də biri Misirdir. Ermənistan Misirlə əlaqələri möhkəmləndirməyə çalışır. Bu səfər də təsadüfi səfər deyil. Əsas məqsədlərdən biri bu əlaqələri daha da inkişaf etdirməkdir. Digər bir məsələni də qeyd etmək lazımdır ki, Misirdə bu gün erməni diasporu fəaliyyət göstərir”.

İşçi qrupun rəhbəri Misir-Türkiyə münasibətlərinə də toxunub:

“Misirlə Türkiyənin əlaqələri yaxşı deyil. Eyni münasibət Ermənistan-Türkiyə arasında da mövcuddur. Bu məsələdə də Ermənistanla Misir arasında ümumi fikir eyniliyi var. Hər ikisi Türkiyənin həyata keçirdiyi siyasətdən narazıdır. Burada müxtəlif səbəblər var. Bu, sırf Türkiyədən asılı məsələ deyil. Ermənistan soyqırım; məsələsi ilə bağlı müəyyən iddialar səsləndirir. Son olaraq  Aralıq dənizində Türkiyənin qazla bağlı araşdrıma apardığı zamanda da Misir mövqeyini açıq göstərdi. Eyni zamanda,  Liviyada legitim hökumət Türkiyəni dəstəkləyir. Bununla bağlı Misirin müəyyən narahatlıqları var. Bu baxımdan da Türkiyə ilə münasibətdə Ermənistanla Misir arasında eyni münasibəti müşahidə edirik. Türkiyəyə qarşı həmfikirlilik var. Bu baxımdan da səfər zamanı bu cür fikirlər səsləndirilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu 18 Sentyabr 2020, 22:01 Türkiyədə daha 62 nəfər koronavirusdan öldü 18 Sentyabr 2020, 21:44 Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 XİN rəhbəri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54