Arxiv
17 Sentyabr 2020, 16:05 |
Deputatlar “Köçkünün kafesi olar?” deyən “Azərişıq” işçisi barədə ölçü götürülməsini istədilər  

Göygöl rayonu Toğanalı kəndində yerləşən Dəlidağ kafesini işlədən məcburi köçkünlər üzləşdikləri haqsızlıqla bağlı Modern.az-a müraciət etdikləri barədə məlumat vermişdik. https://modern.az/az/news/255455

 

Həmin şikayətin araşdırılması zamanı əlaqə saxladığımız rayonun Elektrik Şəbəkəsinin rəhbəri Vaqif Məmmədovun məcburi köçkünlər haqqında “Köçkün getsin, otursun xarabasında, köçkünün kafesi olar?” fikirləri işğal edilmiş bölgələrin deputatları tərəfindən ciddi qınağa tuş gəlib. Onlar “Azərişıq” rəhbərliyinə müraciət edərək onun barəsində ölçü götürülməsini xahiş ediblər.

 

Xocalıdan olan deputat Elman Məmmədov təəssüflə qeyd edib ki, 1990-cı illərin əvvəllərində olduğu kimi bu gün də Azərbaycanda xüsusilə vəzifəli şəxslərin bəziləri bu cür yanlış fikirdə qalırlar:

 

“Düşünürlər ki, məcburi köçkün ancaq səfalət içərisində yaşamalıdır, dilənçi olmalıdır. Bu kökündən səhv və nifrət edilməli fikirdir. Əvvəla məcburi köçkünlər ölkəmizə başqa ölkədən gəlməyiblər. Onlar yaşadıqları Azərbaycanın bir bölgəsindən digərinə köçkünlüyə məcbur olublar. Həmin sözü deyən şəxslərlə məcburi köçkünlər bərabərhüquqlu Azərbaycan vətəndaşıdırlar.

 

Biz müharibə, erməni işğalı nəticəsində köçkün düşmüşük. Nəyimiz var idisə, işğal edilən zonada qalıb. Amma biz ağlımızı, bacarığımızı, savadımızı, qabiliyyətimizi özümüzlə gətirmişik. Ulu öndər hər zaman qaçqın və məcburi köçkünlərin məsələsini diqqətdə saxlayıb və Cənab Prezident İlham Əliyev də bu təbəqədən olan insanlara xüsusi qayğı göstərir.

 

1990-cı illərin əvvəlləri olsaydı, bəlkə də bu fikir həqiqət olardı. Çünki o zaman bizim heç nəyimiz yox idi, torpağımızdan qovulmuşduq, köçdüyümüz yerdə də sıfırdan başladıq.

 

Əli, ayağı sağ, zəhmətkeş, fərasətli məcburi köçkün əlbəttə ki, özünə gün ağlamalı idi və etdi də. Bunu ilkin tələb kimi Ulu Öndər onların qarşısına qoydu. Ölkə başçısı da deyib ki, məcburi köçkünlərə bütün şəraitlər yaradılmalıdır, onlar əmək fəaliyyəti ilə məşğul olsunlar. Məcburi köçkün bütün qabiliyyətini sərf edib, özünə şərait qurur, işləyib, güzəranını düzəltməyə çalışır. Mənə belə gəlir ki, düzgün fikirləşən şəxslər əslində bununla fəxr etməlidir ki, məcburi köçkün artıq dövlətdən yardım istəmir. Öz əziyyəti, zəhməti ilə ailəsini saxlayır. Hesab edirəm ki, bu cür fikirləri səsləndirənlər bölücülüklə məşğuldur və bu, yolverilməzdir”.  

 

Ağdamdan deputat seçilən Aqil Abbas isə deyib ki, hansısa məmurun belə fikir söyləməsinə inana bilmir: “Doğrudan da hər hansı məmur, şəxs məcburi köçkünə “get, xarabanda otur” desə, həmin məmuru qabağa salmaq lazımdır ki, ay şərəfsiz, belə qoçaqsan gəl, gedək işğal altındakı kəndimizə, rayonumuza. Bu nə düşüncədir, bu nə hərəkətdir?! Bunu deyən şəxs ciddi cavab almalıdır, cəzalandırılmalıdır”.

 

Aqil Abbas xəbər haqqında ətraflı məlumatı qeyd edib, məsələni şəxsən araşdıracağını da bildirib.

 

Göygölün deputatı Elşad Mirbəşir oğlu da məcburi köçkünlərə bu cür münasibəti düzgün hesab etmir:

 

“Təbii ki, hamı bərabərhüquqludur. Hər kəsin qanunla yol verilən şəkildə bu və ya digər fəaliyyətlə məşğul olmaq haqqı var. Kiminsə hüququnun təmin olunması, başqalarının hüquqlarının pozulması hesabına olmamalıdır. Rəqabət mühitinin təmin olunması məsələsi də diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, Azərbaycan vətəndaşının hüquqları Konstitusiyamızda aydın təsvir olunub. İnsan hüquqlarının ən yüksək səviyyədə təminat verən Konstitusiyalardan birinə sahibik. Bu baxımdan hesab edirəm ki, vətəndaşlarla bağlı hər hansı ayrıseçkiliyə yol vermək olmaz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun 24 Oktyabr 2020, 19:38 Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57