Modern.az

Anar Ələkbərov şəhid anaları ilə görüşüb 

Anar Ələkbərov şəhid anaları ilə görüşüb 

Ölkə

18 Sentyabr 2026, 22:17

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov Masallıda şəhid anaları ilə bir araya gəlib.

Modern.az xəbər verir ki, bu barədə Anar Ələkbərovun sosial şəbəkə hesabında bildirib.

“Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”, - paylaşımda deyilir.

Bundan başqa, Anar Ələkbərov Astara rayonunda Milli Qəhrəman Pəncəli Teymurovun ailəsində olub, anası və digər ailə üzvləri ilə görüşüb. O, həmçinin, Pəncəli Teymurovun qardaşı oğlunun toy məclisində iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri