Arxiv
18 Sentyabr 2020, 12:31 | HADİSƏ
Məsuliyyətsiz məmurlar, vecsiz deputatlar...

Zaman-zaman bəzi məmurlar, deputatlar, ictimai xadimlərin səs-küylü açıqlamalarına, cəmiyyəti silkələyən fikirlərinə şahidlik etmişik. Bir sıra hallarda həmin fikirlərə sərt əks-reaksiya onu səsləndirənləri geri çəkilməyə məcbur edib. Ya danışdığı sözün arxasında durmayıb, ya “jurnalistlər fikrimi təhrif edib” deyib, ya da deputat Elman Nəsirov kimi üzr istəyib…

Bəlkə də bu, belə məsuliyyətsiz çıxışçıların öz yerində olmadığının göstəricisidir?


Mövzu ilə bağlı Modern.az-a danışan filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli bildirib ki, istər məmur, istər ictimai xadim, istər deputat danışanda, müsahibə verəndə, dedikləri fikirlərə, işlətdikləri ifadələrə diqqətli və həssas olmalıdırlar:

 

“Sosial şəbəkələrdə bir karikatura paylaşılır. Orda deyilir ki, “beyinlə nitq arasındakı əlaqəni daim yoxlayın”. Yarızarafat, yarıciddi deyilmiş bu fikirdə həqiqət var, insan danışarkən mütləq düşünməlidir, söz xatirinə çıxış etməməlidir. Dünənki deputatla bağlı məsələyə gəldikdə “niyə belə oldu” sualının bir çox səbəbləri var.
Birincisi, görünən odur ki, bunlar cəmiyyətdə öz tutduqları yerin, mövqeyin məsuliyyətini dərk etmirlər. İkincisi, bir çox məsələlər yanlış düşüncədən qaynaqlanır. Üçüncüsü, onların cəmiyyət qarşısında məsuliyyət hissi azalıb.

Bizdə belə məsuliyyətsiz danışan ictimai xadimlər, deputatlar həmişə olub. Amma indi bizim bəxtsizliyimizdəndir ki, sayları getdikcə artır. İnsanlar mikrofon qarşısına çıxanda, sorğulara cavab verəndə məsuliyyət hiss etməlidirlər. Bir də bu cür insanlarda özünə inamsızlıq var. Görünür odur ki, onlar statuslarını, cəmiyyətdəki mövqelərinin məsuliyyətini dərk etmirlər. Deputat, məmur bilməlidir ki, sıravi vətəndaşlardan fərqləri nədir. Və görünür ki, düşüncənin miqyası elə o qədərdir, bundan artığını düşünə bilmirlər. Bu səbəbdən də şahidi olduğumuz məsələlər ortaya çıxarır”.

 

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, yüksək vəzifəli şəxslərin fikirlərini cəmiyyət çox diqqətlə süzgəcdən keçirir:

“Bu baxımdan onlar danışdıqları sözlərə fikir verməlidirlər. Bu, həm də vəzifəli şəxslərə qoyulan bir tələbdir. Çünki onların hər bir sözü, hər bir fikri cəmiyyətə mənfi və müsbət yöndə təsir edə bilər. O ki qaldı, Elman Nəsirovla bağlı məsələyə, səhv etdiyini o özü etiraf edərək, üzr istəyib.

Fikrimcə, burada ilk səbəb təcrübəsizlikdən qaynaqlanır. İkinci məsələ naşılıqdır, üçüncü səbəb ümumiyyətlə media ilə işləməklə bağlı vərdişlərin yetərli olmamasıdır, dördüncüsü, səsləndirdiyi fikir barədə yetərincə məlumatlı olmaması, beşincisi, bu və digər məsələ barədə fikir söyləyərkən, onun hansı nəticələrə səbəb olacağını düşünmür. Yəni düşünmədən danışır, bununla da özünü kiməsə yaxşı göstərmək istəyir. Yaxud da hansısa məsələdə özünü bilikli kimi göstərməyə çalışır. Nəticə etibarilə isə gülünc duruma düşür”.

 

Təhrif məsələsinə gəlincə, hüquqşünas deyib ki, məmur, deputat istənilən halda tədbirli olmalıdır:

 

“Əgər sən hesab edirsən ki, hansısa jurnalist sənin fikirlərini təhrif edə bilər. Həmin jurnalistlə bunu çox rahat həll etmək mümkündür. Mənim praktikamda  da belə hallar olub, yazıda qeyri-dəqiqlik olub. Müraciət etmişəm, dərhal düzəliş ediblər. Amma bu, mütəmadi xarakter alırsa, artıq vəzifəli şəxs daha məsuliyyətli olmalıdır. Çünki dövlət orqanının adından danışır, müəyyən resurslara malikdir. Ona görə də onun fikri dərhal cəmiyyətdə diqqətə alınır və başlayır filterlənməyə-nə qədər həqiqətdir, həqiqətə yaxındır...
Yaxud müsahib yazı dərc olunmamış onu əvvəlcə oxuya bilər. Bir sözlə, vəzifəli şəxsin başına bu mənada nə gəlirsə, məsuliyyətsizlikdən gəlir. Eyni məsələ ilə bağlı çox sayda jurnalist eyni formada yazıbsa, deməli problem həmin məmurdadır. Bunu bir media mənsubu təhrif edər, ikisi təhrif edər, hamısı eyni anda təhrif edə bilməz axı. Yumşaq desək, bu, məmurun diqqətsizliyidir, jurnalistin günahı deyil. Ona görə də dəqiqləşmiş fikir söyləmək lazımdır, çünki sən məmursan”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05