Modern.az

Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin təlimləri yekunlaşıb

Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin təlimləri yekunlaşıb

Media

31 İyul 2026, 22:53

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda keçirilən təlimlər uğurla yekunlaşıb.

Modern.az xəbər verir ki, ikigünlük təlim çərçivəsində rəqəmsal media mühitində ədəbi dil normalarının qorunması, müasir yazı texnikası və praktik redaktənin əsas prinsipləri, sosial şəbəkə alqoritmlərinin və süni intellekt əsaslı məzmunun ədəbi dilə təsiri, medianın bu sahədə öhdəlikləri kimi aktual mövzular müzakirə edilib. Qeyd olunub ki, rəqəmsal transformasiya şəraitində ədəbi dil normalarına riayət olunması, peşəkar yazı və redaktə bacarıqlarının təkmilləşdirilməsi media məzmununun keyfiyyətinin yüksəldilməsi və milli dil dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

30 və 31 iyul tarixlərində keçirilən təlim çərçivəsində media nümayəndələri üçün “Müasir dövrdə ədəbi dilin praktik işlənmə səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar”, “Süni intellekt əsaslı məzmun və sosial şəbəkə alqoritimlərinin ədəbi dilə təsiri”, “Ədəbi dilin qorunmasında medianın öhdəlikləri” mövzuları üzrə sessiyalar, eləcə də nəzəri biliklərin möhkəmləndirilməsinə həsr olunan vörkşop təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada