Modern.az

Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI

Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI

Hadisə

19 Sentyabr 2020, 13:50

"Azərbaycanda müxalifət partiyaları yarandığı gündən bu yana, bütün birlik çağırışları boşa çıxıb, baş tutmayıb".

 

Bu sözləri Modern.az-a müxalifət nümayəndələri arasında anlaşılmazlıqların və polemikaların səbəbini izah edərkən, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, qısa müddət üçün müxalifət nümayəndələri bir araya gəlsə də, sonradan bəzil daxili və xarici qüvvələrin təsiri ilə siyasi birlikdən, dialoqdan uzaqlaşıblar:

"Maraqlar fərqli olduğu üçün birləşmək cəhdi mümkün olmayıb. Müharibə şəraitində yaşayan bir dövlət olaraq içimizdəki parçalanmalar bizim üçün faciədir və millətin taleyi üçün çox ağır bir hadisədir".

 

Sabir Rüstəmxanlı, son zamanlar xüsusilə diqqət çəkən ReAl Partiyasının sədri İlqar Məmmədov və siyasi fəal Bəxtiyar Hacıyev arasındakı polemikadan da danışıb. Partiya sədri konkret olaraq İlqar Məmmədov və Bəxtiyar Hacıyev arasındaki konfliktin səbəbini bilmədiyini vurğulayıb:

"Lakin özünü milli, demokratik sayan, torpaqlarımızın bütünlüyü üçün çalışan hər bir şəxsə birlikdə olmağı tövsiyə edirəm".

 

Aysel ASLAN

Fidan ƏLİ

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir