Modern.az

Borçalıda zəlzələ oldu

Borçalıda zəlzələ oldu

Hadisə

16 Sentyabr 2026, 23:36

Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib.

Modern.az ölkənin Yer Elmləri İnstitutu - Milli Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar saat 22:20-də Dmanisi (Borçalı) şəhərindən 19 kilometr, Tbilisidən isə 62 kilometr məsafədə yerləşən Məmişli kəndi yaxınlığında baş verib.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Gürcüstanın Dmanisi bələdiyyəsinə daxil olan Məmişli kəndində minə yaxın insan yaşayır. Kənd əhalisinin 99 faizi azərbaycanlılardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir