Modern.az

Ağdamda avtomobil eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var

Ağdamda avtomobil eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var

Hadisə

15 Sentyabr 2026, 23:42

Ağdamda minik maşını eşşək arabası ilə toqquşub xəsarət alanlar var.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Qərvənd qəsəbəsi ərazisində baş verib.

Rayon sakini Şirinov Əli Raci oğlu idarə etdiyi "VAZ21015" markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn eşşək arabası ilə toqquşub.

Nəticədə qoşquda olan Əliyev Yusif İdris oğlu və Hüseynova Güllü Qədir qızı xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma başlanıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir