Modern.az

“Kapital Bank”dan müəllimlərin maaş kartı açıqlaması

“Kapital Bank”dan müəllimlərin maaş kartı açıqlaması

Aktual

24 Sentyabr 2020, 11:48

Bir neçə gündür sosial şəbəkələrdə müəllimlərin maaş kartı almaq üçün “Kapital Bank”ın müxtəlif filiallarının qarşısında uzun növbələrdə gözləmək məcburiyyətində qaldıqları ictimailəşdirilir. Pandemiya dövrü və risk qrupuna daxil olan müəllimlərin üzləşdiyi problem hansı səbəbdən qaynaqlanır?

 

“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu ilin mart ayından başlayaraq pandemiya ilə əlaqədar olaraq tərəfindən təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanların kartlarının müddəti bir neçə aylıq uzadılıb:

 

“Sentyabr ayının sonunda bu kateqoriyaya düşən bəzi kartların müddəti bitir və köhnə kartlar yeniləri ilə əvəz olunmalıdır.

 

Konkret olaraq təhsil kartlarına gəldikdə bildirmək istərdik ki, yeni kartlar sifariş olunaraq təhsil müəssisələrinə göndərilir və filiallara gəlməyə ehtiyac yoxdur. Sadəcə olaraq bəzi kart sahiblərinə işlədikəri yerdən düzgün məlumat verilmir və həmin şəxs gəlir birbaşa filiala. Bu səbəbdən də növbələr yaranır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir