Modern.az

Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı könüllü ordu sıralarına qoşuldu

Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı könüllü ordu sıralarına qoşuldu

29 Sentyabr 2020, 19:12

Məlum olduğu kimi, bir neçə gündür erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir.

 

Modern.az xəbər verir ki, bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir və ordumuzun gücünə inanır. Bu günlərdə minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduqlarını bildirir və Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir.   

 

Məlumat üçün bildirək ki, artıq Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı da könüllü olaraq Azərbaycan Ordusu sıralarına qoşulub. 

 

Bir daha torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğumuzu  bildirir və ordumuza şanlı qələbə arzu edirik!

 

Allah igid oğullarımızı qorusun! 

 

Qarabağ Azərbaycandır!

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi