ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində razılaşmanın icrası ilə bağlı ilkin danışıqlar aparacaq.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırkı plana əsasən, ABŞ və İran nümayəndələri, eləcə də Pakistan, Qətər və prosesdə iştirak edən digər ölkələrin vasitəçiləri Bürgenştokda bir araya gələcəklər.
İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, görüş razılaşmanın icrası ilə bağlı ilkin müzakirələrin aparılması məqsədi daşıyır.
Görüşün gündəliyi və proqramı ilə bağlı əlavə məlumatın hələlik açıqlanmadığı vurğulanıb.