Modern.az

Putin Hakan Fidanla nələri müzakirə etdi... 

Putin Hakan Fidanla nələri müzakirə etdi... 

Dünya

Bu gün, 11:42

Kazan şəhərində, Rusiya–ASEAN sammiti çərçivəsində Prezident Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir və biz bundan çox məmnunuq”, – deyə Vladimir Putin görüş zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında əlaqələr artıq “sadəcə formal xarakter daşımır” və “daim yeni məzmunla zənginləşir”.

Hakan Fidan isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ən səmimi salamlarını” Vladimir Putinə çatdırıb.

O bildirib ki, həm region, həm də dünya hazırda çox sıx gündəmə malikdir və Rusiyanın təcrübəsi böyük əhəmiyyət daşıyır.

Moskvaya səfəri zamanı Hakan Fidan bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb.

Türkiyəli nazir bəyan edib ki, Ankara Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə vasitəçi olmağa və ya danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV